Azərbaycanlıdan kuryoz rüşvətvermə: pulu cinayət məcəlləsinin içinə qoydu

Azərbaycanlıdan kuryoz rüşvətvermə:

Rusiyanın Omsk vilayətinin Çerlak rayon polis idarəsində maraqlı hadisə baş verib.

Gundeminfo.az lent.az-a istinadən xəbər verir ki, polis Azərbaycan vətəndaşını idarəyə gətirərək onun sənədlərini yoxlamaq istəyib. Bu vaxt azərbaycanlı sərbəst buraxılması üçün polisə 10000 rubl (təxminən 300 manat) pul təklif edib.

Amma ona xəbərdarlıq edilib ki, rüşvət vermə Rusiya qanunları ilə cinayətdir.

Amma həmyerlimiz deyilənləri başqa cür anlayıb. Polisin stolunun üstündəki Rusiya Federasiyası Cinayət Məcəlləsinin götürüb, pulu onun içinə qoyaraq polisə uzadıb.

Hazırda onun haqqında cinayət işi qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...