Azərbaycanda biznesmenlərdən aylıq haqq istəyən qruplaşma tutuldu - TƏFƏRRÜAT

 Azərbaycanda biznesmenlərdən aylıq haqq istəyən qruplaşma tutuldu -

Ağsu rayonunda şantajla məşğul olan şəxslərlə bağlı yeni məlumatlar üzə çıxıb.

BakuPost Lent.az-a istinadən xəbər verir ki, martın 3-də iş adamlarından pul tələb etməkdə şübhəli bilinərək tutulan Ramazan Kərimov, Vurğun İdayətov və Mehdi Umudovun heç bir dövlət qurumuna məxsus olmayan xidməti formadan istifadə etdiyi məlum olub. Belə ki, özlərini "Faktaraşdırıcı” MMC-nin əməkdaşları kimi təqdim edən həmin şəxslər Ağsudakı mağaza və obyektlərə daxil olaraq işçilərin tibbi arayışının və əmək müqaviləsinin olub-olmamasını yoxlayırmış. Həmin şəxslər vaxtı keçmiş mal və məhsul müəyyənləşdirmək və sair kimi səlahiyyətlərinin olduğunu deyərək iş adamlarına hədə-qorxu gəlirmiş. Eyni zamanda onlar qorxutduqları biznesmenlərlə aylıq haqq vermələrinə dair razılıq əldə etməyə çalışıblar.

Məsələ ilə bağlı polisə edilən müraciətlərdən sonra qruplaşma üzvləri tutulub və onların barəsində cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1053 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...