"Demişdi, fevral ayında pulumu geri qaytaracaq" - Tanınmış vəkil dələduzluqda ittiham edildi

 "Demişdi, fevral ayında pulumu geri qaytaracaq" -

Tanınmış vəkil Tağı Hüseynov dələduqluqda ittiham olunur.

Bu barədə Axar.az-a Şəki şəhər sakini Səadət Vəkilova məlumat verib. Şikayətçi bildirib ki, 2 il öncə yaranmış mülki problemlə əlaqədar vəkil Tağı Hüseynovdan kömək istəyib. Vəkil ailənin Şəki şəhərində yaşamasına baxmayaraq, problemin onların xeyrinə həll edilməsini öhdəsinə götürüb:

“Vəkil Bakıda olsa da, proseslərə qatılmaq üçün Şəkiyə gələcəyini bildirdi. İş üçün ilk dəfədən ona 4000 manat pul ödədik. Şəkidə keçirilən prosesin birində iştirak etdi. Digər proseslərə özü gəlmir, köməkçisini göndərirdi. Proses uzandıqca vəziyyətin yaxşı olmadığın görürdük. Sonrakı proseslərə ümumiyyətlə köməkçisi də gəlmədi. Son məhkəmə prosesində vəkilsiz qaldıq. Dəfələrlə ona zəng edərək narahatlığımı bildirirdim, deyirdi narahat olmayın, köməkçim hər şeyi həll edəcək. Heç bir prosesdə iştirak etmədiyinə görə ona ödədiyim pulu geri istədim. 1500 manatını qaytardı və qalanını da verəcəyini bildirdi. Prosesdən iki il keçib, ancaq Tağı Hüseynov nə onda qalan sənədlərimizi geri verir, nə də pulumuzu”.

Zərərçəkən S.Vəkilova bildirib ki, vəkil ondan bununla bağlı mətbuata müraciət etməmək barədə xahiş edib:

“Yanvar ayında xahiş etdi ki, bu barədə mətbuata heç bir məlumat verməyək. Demişdi, fevral ayında pulumu geri qaytaracaq. Ancaq qaytarmadı, sənədlərimi də verməyib”.

Məsələ ilə əlaqədar vəkil T.Hüseynovla əlaqə saxlamağa çalışsaq da, köməkçisi onun Bakıda olmadığını bildirib. Vəkil məsələ ilə əlaqədar hələlik heç bir açıqlama verməyib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
180 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...