Azərbaycan vətəndaşı Sinqapur şirkətinə 16.6 milyon dollar “atdı” – Moskvada şok cinayət

Azərbaycan vətəndaşı Sinqapur şirkətinə 16.6 milyon dollar “atdı” –

Moskva polisi “Lenkom” teatrı yaxınlığında 16,6 milyon dollarlıq aksiya satışı ilə bağlı dələduzluq edən şəxsi həbs edib.

Avropa.info xəbər verir ki, həbs barədə məlumat verən hüquq-mühafizə orqanları 1950-ci il təvəllüdlü Azərbaycan vətəndaşının 2014-cü ilin iyulunda böyük Sinqapur şirkətinin pullarını ələ keçirmək istədiyini deyib. O, həmin bu vaxt firmanın direktoru ilə tanış olaraq onu restoran və otel biznesi ilə məşğul olan şirkətin aksiyalarının 100%-nin ona məxsus olduğuna inandıra bilib. Reallıqda isə aksiyaların 25%-i “Lenkom” dövlət teatrına məxsus olub.

““Yunost” mehmanxanasında azərbaycanlı dələduz aksiyaların alış-satışı ilə bağlı 38 milyon dollar məbləğində müqavilə imzalayıblar. Bundan 750 milyon rubl çıxmaq şərti ilə müqavilə 16,6 milyon dollardan çox məbləğ təşkil edib. Daha sonra bu məbləğ cinayətkar tərəfindən açılmış hesaba köçürülüb” – mənbə belə deyib.

Axtarış-əməliyyat tədbirləri çərçivəsində dələduz 6 apreldə saxlanılıb və ona qarşı küllü miqdarda məbləğdə dələduzluq ittihamı ilə cinayət işi açılıb. Hal-hazırda həmin şəxs heç yerə getməmək haqda iltizam imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
816 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...