Külli miqdarda borca görə özünü dənizə atdı - Bakıda müdhiş hadisə

Külli miqdarda borca görə özünü dənizə atdı -

Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

BakuPost-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1992-ci il təvəllüdlü Pənahov Rəhim Nizam oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Kürdəmir sakini olan Rahim Pənahovun intihara cəht etməsi məlium olub. Onun maddi problemlərinin olduğu üzə çıxıb. Xilas edildikdən sonra polis bölməsinə aparılan R.Pənahov Kürdəmirdə müxtəlif şəxslərə külli miqdarda borcunun olduğunu və bu səbəbdən həyatına son qoymaq istədiyini deyib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...