Azərbaycanlı Elmira Fransada SAXLANILDI: “qanuni oğru”larla birgə

Azərbaycanlı Elmira Fransada SAXLANILDI:

Gürcüstanın Avropolla əməkdaşlığı sayəsində 16-17 aprel tarixlərində keçirilmiş "Caucase Normandie” adlı əməliyyat nəticəsində Fransa və Yunanıstanda gürcü cinayətkar qruplaşmasının 34 üzvü saxlanılıb.

Gundeminfo.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlar arasında 4 gürcü "qanuni oğru” da var. Fransada transmilli cinayətkar qruplaşmanın 15 üzvü saxlanılıb ki, onların arasında 14 Gürcüstan və 1 Ermənistan vətəndaşı olub. Yunanıstanda isə 23 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar mənzil və mağazalardan soyğunçuluq etməklə yanaşı, oğurlanmış əşyaların satışı ilə məşğul olublar.

Fransada saxlanılan Gürcüstan vətəndaşları arasında əslən azərbaycanlı olan 1970-ci il təvəllüdlü Elmira Mustafayeva adlı şəxs də var. İstintaq zamanı həyata keçirilmiş axtarışlar nəticəsində qruplaşmanın kriminal fəaliyyəti ilə bağlı dəlillər toplanıb.

Cinayətkar qruplaşma ilə bağlı istintaq Fransa və Yunanıstanın cinayət məcəllələrinin müvafiq maddələri üzrə aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
739 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...