Bərdədəki silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT

Bərdədəki silahlı insidentlə bağlı

Bərdə rayonunun Əmirli kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəş Azər Nurəliyevin ölümünə səbəb olub.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, aprelin 29-da saat 16 radələrində Bərdə rayonunun Əmirli kəndində kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Azər Nurəliyevin bud nahiyəsinə xəsarət yetirib. Nəticədə A.Nurəliyev xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən A.Hümbətov saxlanılmış, ondan müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi götürülmüşdür.

Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
743 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...