Ziya Məmmədovun qardaşı oğlu: “Bizim üçün pul ikinci dərəcəlidir”

Ziya Məmmədovun qardaşı oğlu:


Sabiq nazir Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib


Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnur Məmmədov R. Heybətovu bağışladığını deyib.

Onun sözlərinə görə, R. Heybətov dəymiş ziyanı qismən ödədiyi üçün hər hansı şikayəti yoxdur: "Bizim üçün əsas dostluqdur, pul ikinci dərəcəlidir. Bəzi insanların pisliyi olmasaydı, vəziyyət bu həddə çatmazdı".

R. Heybətovun vəkili çıxış etmək üçün məhkəmədən vaxt istəyib.

Buna görə proses mayın 8-də davam etdiriləcək.

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Elnur Məmmədov Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək ona qarşı 200 min manat miqdarında dələduzluq əməli törətdiyini bildirib.

Rövşən Heybətov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Elnur Məmmədov "Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1271 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...