Sabirabadda partlayış olub

Sabirabadda partlayış olub

Sabirabad rayonunda evdə qaz partlayıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Yolçubəyli kəndində baş verib.

Evə qaz sızması nəticəsində baş verən partlayış zamanı, 1955-ci il təvəllüdlü Ələsgərov Malik Xanbala oğlu və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Ələsgərova Gövhər Qurban qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1164 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...