İran vətəndaşı Azərbaycandan 10 pişik balasını çıxartmağa çalışarkən saxlanılıb

İran vətəndaşı Azərbaycandan 10 pişik balasını çıxartmağa çalışarkən saxlanılıb

Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb. Dövlət Sərhəd Xidmətindən (DSX) "Report"a verilən məlumata görə, mayın 17-də dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Belə ki, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azər­bay­can Respublikasından İran İslam Res­publikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanıl­ıb. Sərhəd pozucusunun tutulduğu əraziyə ba­xış keçirilərkən 1 qu­tuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olun­­ub.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Mima Fərhad Kakavənd olması, pişik bala­larını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəy­yən edilib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...