Bakıda itkin düşən 82 yaşlı qadın tapılıb

Bakıda itkin düşən 82 yaşlı qadın tapılıb

Mayın 23-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər. Məlumat aidiyyatı üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib. Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...