İşçisi “Koroğlu” MMC-nin vaxtı keçmiş mallarını qaytardı, adına borc yazıldı

İşçisi “Koroğlu” MMC-nin vaxtı keçmiş mallarını qaytardı, adına borc yazıldı

İctimai vəkil Samir Zeynalov “Koroğlu” MMC-yə qaytarılan vaxtı keçmiş məhsullarla bağlı redaksiyamıza video təqdim edib. İctimai vəkil hüquq-mühafizə orqanları rəhbərlərinə və ombudsman Elmira Süleymanovaya müraciət etməklə MMC-də baş verən qanunsuzluqların araşdırılmasını istəyib. Qeyd edib ki, mövcud video çəkilişlər 07.09.2017-ci il tarixdə “Koroğlu” MMC-dən ayrılan, nümayəndəsi olduğu Sahəddin Vələddin oğlu Məmmədov tərəfindən qeydə alınıb. Videoda şirkətə qaytarılan vaxtı keçmiş məhsulların və həmçinin satılmayan, lakin istifadə vaxtına az müddət qalmış malların şirkət rəsmiləri tərəfindən mövcud fakturalar vasitəsilə qəbulu əks olunub.

İctimai vəkil qeyd edib ki, Sahəddin Vələddin oğlu Məmmədov vaxtı keçmiş malları şirkətə qaytarıb, amma şirkət rəhbərliyi keçmiş işçisinə qarşı 23 min manata qədər borc ittihamı irəli sürüb. Şirkətə qaytarılan mallar səbəbindən suni şəkildə borclanan şəxslər adlarına yazılan külli miqdarda borcları ya ödəmək, ya da şirkətdə borc köləliyi altında çalışmağa vadar edilirlər. Hər 2 təklifdən haqlı şəkildə imtina edən sabiq işçilər əvvəlcə zorakılıqlara, hədə-qorxulara məruz qalır. Daha sonra isə barələrində toplanmış saxta sənədlər prokurorluq orqanlarına göndərilir.

“Yeni analoji fakt üzrə qeyd edim ki, “Koroğlu” MMC rəhbərliyi ittiham üzrə haqsız, qeyri-destruktiv, ədalətsiz mövqeydə olduğunu bilə-bilə özünün klassik zorakılıq konseptinə sadiq qalaraq hazırda Sahəddin Vələdin oğlu Məmmədov ilə bağlı Bakı Şəhər Prokuroluğuna müraciət edib. Ümid edirəm ki, prokuroluq mənsublarımız nəhayət ki, “Koroğlu” MMC-in anti-sosial, qanunsuz əməli fəaliyyətinə dur deyərək, ədalətli, qərəzsiz, obyektiv mövqe sərgiləməklə gələcəyimizi mütəşəkkil bəladan xilas edəcək” –deyə ictimai vəkil Samir Zeynalov qeyd edib. O, bir daha hüquq mühafizə orqanlarına müraciət etməklə MMC-də baş verən qanunsuzluqların araşdırılmasını istəyib. O, bu gün ölkəmizdə kütləvi hüquqa zidd əməlləri ilə mütəşəkkil cinayətkar dəstə fəaliyyətdə oduğunu diqqətə çatdırıb: “Əsasən Azərbaycan gəncliyini məhv etməyə yönəlik bu antimilli, antisosial fəaliyyətin mənbəyində “Koroğlu” MMC adı altında fəaliyyət göstərən bir qrup kommersant dayanır. Ölkə gündəmini təəssüf və hiddətlə zəbt etmiş “Koroğlu” MMC rəhbərliyinin əməlləri haqda qanuna müvafiq ciddi tədbirlər görülməsinin vaxtı çoxdan çatıb. Çünki çoxdandır ki, şirkət rəhbərliyi tərəfindən qanunsuz hesablanmış borclara məhkum edilmiş şirkətin sabiq işçilərinə qarşı qeyri-qanuni əməllər; döymə, şantaj etmə, əxlaqa zidd videolar çəkməklə rüsvay etmə, iplə boğma, özünü öldürmə həddinə çatdırma, qanunsuz azadlıqdan məhrum etmə, girov saxlama, soyuq alətlər vasitəsilə işgəncələr vermə və hədə-qorxu yolu ilə tələb etmə kimi cinayət tərkibli tükürpədən olaylar bu günə qədər cəzasız qalmaqdadır. Bu cəzasızlığın nəticəsidir ki, hələ də şirkətin ağlasığmaz ittihamlarına düçar olmuş gənclər var və onlar hazırda köməyə möhtacdırlar. Bizə müraciət edən şirkətin sabiq əməkdaşı, Lənkəran rayon sakini Sahəddin Vələddin oğlu Məmmədov onlardan yalnız biridir. O, qeyd edir ki, şirkətdən 07.09.2017-ci ildə ayrılıb. Çalışdığı müddət ərzində şirkətin vaxtı keçmiş məhsullarını şirkətə müvafiq fakturalar vasitəsilə təhvil verdiyinə görə ona 23 min min manata yaxın borc yazılıb. O deyir ki, bütün təhvil vermə prosesinə dair müvafiq sənədlərdə “Koroğlu” MMC-nin möhürü və məsul şəxslərin imzası var. İşdən çıxarıldığı müddətdən etibarən dəfələrlə onu bu saxta borcun ödənilməsinə dair şirkətdə borc köləliyi altında çalışmağa dəvət ediblər. Lakin o, haqlı olaraq imtina edib. Hazırda ona qarşı cinayət işi başlanılması üçün “Koroğlu” MMC rəhbərliyi tərəfindən Baş Prokurorluğa müraciət olunub. O, şirkətin tədbir görülməyən qanunsuzluqlarından ciddi şəkildə zərər görməsindən ehtiyat edir”.

İctimai vəkil “Koroğlu” MMC-nin gerçəkləşdiriyi mürtəce özbaşınalıqlara dözmək qeyri-mümkündür: “Məhz sadalanan real faktlara görə kifayət qədər ailəni və gənci pərişan edən, gələcəklər üzərində gələcək quran mütəşəkkil cinayətkar dəstə psixologiyası ilə fəaliyyət göstərən “Koroğlu” MMC rəhbərliyi haqda qanuna müvafiq tədbirlərin görülməsini sizlərdən xahiş edirəm”.

P.S Qarşı tərəfi də dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...