Aşıq Namiqə atanlar azadlığa buraxıldı – Hökm

Aşıq Namiqə atanlar azadlığa buraxıldı –

Bakıda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Onlara şərti cəza verilib. Xatırladaq ki, prokuror çıxışında Rəşad Babayevin 8 il, Elnur Həsənovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, Nərimanov rayonu ərazisində yerləşən “BestComp Group” firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb.

Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər.

Bundan başqa hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54500 manat və Habil Hənifəyevin 53500 manat pulunu dədələduzluq yolu ilə mənimsəyiblər. Qeyd edək ki, cinayət işində zərərçəkmiş kimi tanınan Namiq Hüseynov (Aşıq Namiq) təqsirləndirilən şəxsə qarşı 54 min 500 manat məbləğində mülki iddia qaldırıb.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...