3 manata görə qonşusunu öldürüb, evi yandırdı — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

3 manata görə qonşusunu öldürüb, evi yandırdı —

Gəncədə 3 manata görə qonşusunu öldürərək yandıran şəxsin məhkəməsi başlayır.
“Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin qəsdən adam öldürmə, quldurluq və əmlakı qəsdən məhv etmə maddələri ilə təqsirləndirilən Mustafayev Elçin Abbasəli oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyun ayının 22-də hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, bu il fevralın 27-də saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan Natella Katiblinin yanmış meyiti tapılıb. Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı N.Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qətlə yetirilən şəxsin qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Mustafayev tutulub.
Natella Katiblini amansızlıqla öldürən Elçin Mustafayevin hadisə vaxtı sərxoş olduğu və qonşusunu pula görə öldürdüyü məlum olub.

Elçin Mustafayev deyib ki, gecə saatlarında Natelladan 3 manat almaq üçün onun evinə gedib. Qadın pul verməkdən imtina edəndən sonra o, zorakılığa əl atıb. Saxlanılan şəxs qadının söyüş söyməsindən sonra daha da hiddətləndiyini deyib: “Bir də dedim, 3 manat ver, yenə dedi, yoxudu, söydü məni. Gördüm, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün”.

Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra evi yandırmaqla iz itirmək istəyib. Gəncə şəhər Prokurorluğunun böyük müstəntiqi Tural Məmmədov E.Mustafayev Natella Katiblini öldürdükdən sonra evdə axtarış aparıb, lakin hər hansı bir qiymətli əşya və pul tapmayıb. Mərhumun “Nokia” markalı mobil telefonunu götürən Elçin Mustafayev mətbəxdən tapdığı neftlə evi yandırıb, mənzili tərk edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...