Türkiyəni ayağa qaldıran Leylanın ölüm səbəbi açıqlandı - FOTOLAR

Türkiyəni ayağa qaldıran Leylanın ölüm səbəbi açıqlandı -
Türkiyəni ayağa qaldıran Leylanın ölüm səbəbi açıqlandı -

18 günlük axtarışdan sonra meyiti tapılan 4 yaşlı Leylanın ölüm səbəbi açıqlanıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Leylanın yoxa çıxdığı Ağrı vilayətinin valisi Süleyman Elban deyib ki, Leyla hər hansı zorakılığa məruz qalmayıb: "18 günlük axtarışlar nəticəsində dünən 17.45-dən etibarən dərədə Leylanın cansız bədəni tapılıb. Tibbi ekspertiza nəticəsində məlum olub ki, ölüm səbəbi uşağın 8-10 gün aç qalmasıdır. Hər hansı şiddət və ya zədə izi mövcud deyil. Bir vəhşi heyvan tərəfindən yaralanma da yoxdur. Uşaq üzərində hər hansı bir istismar və ya təcavüz əlaməti yoxdur. Üzərində görülən qırmızı izlər Günəş yanığıdır. Yalnız qaçırılma şübhəsi var, şübhəli həbs edilib".
Türkiyəni ayağa qaldıran Leylanın ölüm səbəbi açıqlandı -
Türkiyəni ayağa qaldıran Leylanın ölüm səbəbi açıqlandı -

Qeyd edək ki, Leylanın itkin düşməsi və ölü tapılması Türkiyəni ayağa qaldırmışdı. Tanınmış simalardan tutmuş adi vətəndaşlara kimi hər kəs günahkarın edam edilməsini tələb edirdi.

Hətta, 22 iyun tarixində Türkiyədə itkin düşən 8 yaşlı Eylel Yağlıkaranın cəsədinin tapılmasından sonra cinsi təcavüz edən şəxslərin xədim edilməsi üçün qanun layihəsinin qəbul edilməsi müzakirəyə çıxarılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...