Goranboyda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Goranboyda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Goranboy rayonunda baş vermiş yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisədə Gürcüstan vətəndaşı Aidə Məhəmməd qızı Abdullayeva ölüb.
Bundan əlavə, 1997-ci il təvəllüdlü Əlikram Əlihüseyn oğlu Sadıqov, 1993-cü il təvəllüdlü Vusal Çingiz oğlu Bayramov, Gürcüstan vətəndaşı, 1993-cü il təvəllüdlü Rauf Cəmil oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilblər.
*** 16:14
Goranboy rayonunda ağır avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınmış qəzada ölən və yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...