"DekaBank"ın sabiq rəhbəri məhkəmə zalından azadlığa buraxılıb

"DekaBank"ın sabiq rəhbəri məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyev və "DekaBank"ın Maliyyə Departamentinin sabiq direktoru Bəhram Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Həbsdə olan "DekaBank"ın sabir sədri N.Vəliyev məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

N.Vəliyevin barəsində həbs qətimkan tədbiri seçilib, B.Hüseynovun barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...