Bakıda sərnişin avtobusu aşıb, bir nəfər ölüb, 17 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu aşıb,

Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Ümumilikdə xəstəxanalara xəsarət alan 17 nəfər müraciət edib. Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların vəziyyəti stabildir.


09.06

***


Qaradağ rayonunda ağır yol qəzası baş verib.

APA-nın xəbərinə görə, bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.

Ölən və xəsarət alanların olduğu bildirilir.

Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerində arşadırma aparır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya bildirib ki, hadisə barədə bir qədər sonra məlumat veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...