Sabirabadda toy yasa döndü: 3 yaralı

Sabirabadda toy yasa döndü:

Sabirabadda toyda baş verən kütləvi davada 3 nəfərə yaba ilə xəsarətlər yetirilib. Saat 00.30 radələrində Sabirabadın Moranlı kəndində toyda kütləvi dava baş verib.

Dava zamanı kənd sakinləri, 1992-ci il təvəllüdlü Abbasov İlkin Taleh oğlu, 1995-ci il təvəllüdlü Abbaslı Ədalət İbrahim oğlu və 1994-cü il təvəllüdlü İmanov Feyruz Asim oğluna bədənlərinin müxtəlif yerlərindən yaba ilə kəsilmiş-deşilmiş xəsarətlər alıblar.

Hər 3 yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdı. Kütləvi davada iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...