Bakıda partiya sədrinin evindən 10 min manatlıq qızıl əşyalar oğurlanıb

Bakıda partiya sədrinin evindən 10 min manatlıq qızıl əşyalar oğurlanıb

Azərbaycan Aydınlar Partiyasının sədri, professor Qulamhüseyn Əlibəylinin evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

F.İbrahimbəyov küçəsi, 12 ünvanında yaşayan Q.Əlibəyli oğurluqla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verib.

Partiya sədrinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.

Faktla bağlı araşdırma aparılır. (olke.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...