Qadının işlətdiyi kafedə əxlaqsız yuvası aşkarlandı - 2 qadın saxlanıldı

Qadının işlətdiyi kafedə əxlaqsız yuvası aşkarlandı -

Xaçmaz rayonunda əxlaqsızlıq yuvası aşkar edilib. Bu barədə Daxili İşlər Nnazirliyinn mətbuat xidmətinin Quba rayonunda yerləşən regional qrupundan məlumat verilib.

Verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.

Avqustun 25-də gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
642 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...