İcra nümayəndəsini döyənlərə məhkəmə quruldu

İcra nümayəndəsini döyənlərə məhkəmə quruldu

Binəqədi Rayon Məhkəməsində vəzifəli şəxsləri döyən şəxsin məhkəməsi başlayır.

Gundeminfo.az-ın ölkə.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən Baxışov Bəykişi İnqilab oğlunun məhkəmə prosesinə hakim Mirheydər Zeynalov sədrlik edəcək.

Bu insident bu il mayın 29-da gündüz saatlarında bələdiyyə sədrinin Biləcəri qəsəbəsindəki kabinetində baş verib. Sözügedən rayonun 6-cı polis bölməsinə belə bir məlumat daxil olub ki, yerli sakinlər — Bəykişi Baxışov (1964-cü il təvəllüdlü) və Natiq Qasımovun (1980-ci il təvəllüdlü) ucbatından bələdiyyə sədri Hikmət Quliyev (1983-cü il təvəllüdlü) və inzibati ərazi üzrə nümayəndə İbad İbrahimov (1960-cı il təvəllüdlü) xəsarət alıb. Ancaq İbad İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanaya yerləşdirilib.

Hüquq mühafizəçilərinin bildirdiyinə görə, kişilər arasındakı münaqişə Biləcəri qəsəbəsi ərazisində aparılan tikinti işləri səbəbindən yaranıb. Bələdiyyədən bildiriblər ki, Baxışov və Qasımov tikinti işlərini qanunsuz aparır. Bu səbəbdən də qəsəbə sakinlərini söhbət aparmaq üçün bələdiyyə idarəsinə çağırıblar. Elə oradaca məmurlarla adi işçilər arasında dava düşüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...