İş adamı Verdiyevə hökm oxundu - 10 milyonluq ittiham işi

İş adamı Verdiyevə hökm oxundu -

Dələduzluq yolu ilə milyonları ələ keçirməkdə ittiham edilən iş adamına hökm oxunub. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Müqayis Verdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmdə bildirilib ki, bu iş üzrə Müqayis Verdiyevdən şikayətçi olan şəxslər yoxdur. Onlar şikayət və tələblərinin geri götürüblər. Hökmə əsasən Müqayis Verdiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun daha əvvəlki cinayət əməlinə görə aldığı şərti cəzası da indiki hökmlə birləşdirilib. M.Verdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən M.Verdiyev müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, Sumqayıtda abadlıq-quruculuq işləri üçün bu şəhərin icra hakimiyyətinə 2016-cı ildə Prezidentin ehtiyat fondundan 10 milyon (binaların dam örtüklərinin dəyişməsinə və yolların təmirinə daha 10 milyon) pul ayrılmışdı. Həmin milyonların hara, necə xərcləndiyini təsdiqləyən sənədlər yoxdur. Sumqayıtda Sülh küçəsində və dənizkənarı parkdakı təmir-tikinti işlərinə rəhbərlik etmiş işadamı Müqayis Verdiyev olub. Onun haqqındakı cinayət işi materiallarında belə yazılır.

İşadamına Cinayət Məcəlləsinin 162 (əmək mühafizəsi qaydalarını pozma), 178 (dələduzluq) və 222-ci (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə ittiham verilib. O, abadlıq işlərində istifadə olunmuş materialların pulunu sahiblərinə ödəməyib onları aldatmaqda, adamları əmək müqaviləsi olmadan işlətməkdə suçlanır.

Amma M.Verdiyev ittihamları qəbul etmir.

Xatırladaq ki, iş adamı daha əvvəl də cinayət məsuliyyətinə cəlb edilib. Belə ki, 2014-cü ildə M.Verdiyev Goranboy rayonunda tikinti-abadlıq işləri ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunmuşdu. İttihama görə, M.Verdiyevlə «Fəqan Xidmət Təşkilatı» MMC arasında şifahi razılaşma olub. Şifahi razılaşdırılmış subpodrat müqaviləsinə görə, 2012-ci ilin oktyabrından 2013-cü ilin martına qədər Goranboyda tikinti-abadlıq işlərini həyata keçirmək üçün 27 nəfər usta və fəhləni cəlb edib. Onlara gördükləri işin müqabilində əməkhaqqı kimi verilməli olan pulu (21 min 138 manatı) «Fəqan Xidmət Təşkilatı» MMC-dən alsa da, ödəməyib.

İşadamı isə bildirirdi ki, rayonda tikinti-abadlıq işlərinə görə tenderdə qalib gəlmiş «Fəqan Xidmət Təşkilatı» MMC icra başçısının oğluna məxsusdur, ona görə də qalib elan edilib. 1.3 milyon manatlıq tenderin 256 min manatlıq hissəsinin icrası isə ona həvalə olunub. M.Verdiyevin iddiasına görə, «Fəqan»ın rəhbəri tenderin pullarını mənimsəyib və son nəticədə də onu qurban veriblər.

Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilən M.Verdiyevə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il 14 gün həbs cəzası kəsilib. Sonradan Gəncə Apellyasiya Məhkəməsi bu hökmü ləğv edib və ona bəraət verib. Prokurorluq bu qərardan Ali Məhkəməyə kasasiya protesti verib və apellyasiya məhkəməsinin qərarı ləğv olunub. İşə yenidən Gəncə Apellyasiya Məhkəməsində baxılıb və bu dəfə ona 5 il 6 ay 28 gün həbs cəzası təyin edilib. Bu dəfə Verdiyev özü Ali Məhkəməyə şikayət edib. Ali Məhkəmə 2017-ci il yanvarın 11-də bir daha bu məsələyə baxıb və mənimsəmə ittihamı üzrə M.Verdiyevə bəraət verib. Dələduzluğa görə isə 2 il 3 aylıq cəza təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...