Azərbaycanlı İŞİD “gəlini” Samirə Bağdad məhkəməsi önündə

Azərbaycanlı İŞİD “gəlini” Samirə Bağdad məhkəməsi önündə

İŞİD terrorçularının arvadlarından daha bir qrupu Bağdad məhkəməsinə çıxarılıb və mühakimə olunur. Virtualaz.org “Al-Monitor” nəşrinə istinadla xəbər verir ki, onların arasında Azərbaycandan olan Samirə adlı qadın da var. Samirə İŞİD-çi ərindən dünyaya gələn 2 yaşlı qızı ilə birlikdə, İraq hökumətinin terrorçuluqda ittiham olunan məhbuslar üçün nəzərdə tutduğu xüsusi çəhrayı geyimdə məhkəmə qarşısına çıxıb.

Azərbaycandan olan sarı saçlı, yaşıl gözlü qadın ifadəsində deyir ki, Türkiyə vətəndaşı olan əri ilə sosial şəbəkələrdə tanış olub. “Bizim ilk görüşümüz Türkiyədə oldu”-o Bağdadın Mərkəzi cinayət məhkəməsində hakim Suheyl Abdullaya deyib.

“Biz evləndik və qərara aldıq ki, Suriyaya gedək. Bir ilə yaxın Suriyada yaşadıq, daha sonra bir il İraqda yaşadıq və orada ayrıldıq”-Samirə deyir.

Gənc qadın iddia edir ki, ərinin törətdiyi cinayətlər haqda heç nə bilmir. “Hazırda ərin haradadır?”-hakim ondan soruşub. “Mən bilmirəm. 2017-ci ildə Mosulda gedən döyüşlərdən sonra onunla əlaqəm kəsildi”-Samirə cavab verib.

Lakin Samirənin dediklərini sübuta yetirmək və taleyini dəyişmək üçün şahidləri, dəlilləri yoxdur. İraqın terrorla mübarizə qanununa görə terrorçuluqda ittiham olunanlar 15 il həbs və ya edam cəzasına məhkum oluna bilər. Qadınlar üçün isə maksimal cəza ömürlük həbsdir.

Xatırladaq ki, bundan əvvəl Azərbaycandan olan daha bir neçə qadın Bağdad məhkəməsində İŞİD üzvü olmaqda ittiham edilərək mühakimə olunub. Minlərlə İŞİD-çi isə mühakimə olunacaqları günü gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...