Qırmızı körpüdə AĞIR QƏZA: Yas mərasiminə gedən 8 azərbaycanlı...

Qırmızı körpüdə AĞIR QƏZA:

Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.

Gundeminfo.az report-a istinadən xəbər verir ki, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.

Xəsarət alanların qohumlari bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.
Qırmızı körpüdə AĞIR QƏZA:

Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...