Qusarda 10 nəfərlik dəstə saxlanıldı - Vətəndaşlara 100 min ziyan vurublar

Qusarda 10 nəfərlik dəstə saxlanıldı -
Qusarda illərdir quldurluq edən dəstə polis tərəfindən saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Qusar rayon polis şöbəsində qeydə alınan 17 mənzil oğurluğu və bir quldurluq hadisəsi bu günlərdə aparılan əməliyyat – axtarış tədbirləri nəticəsində ələ keçən 10 nəfər rayon sakini tərəfindən törədildiyi müəyyənləşib.

Cinayətkar dəstənin 2015-ci ildən hazırki dövrə qədər Qusar rayonunda ayrı-ayrı mənzillərdən pul, zinət və məişət əşyaları oğurladığı aşkarlanıb. Üç il ərzində törədilən hadisələr nəticəsində vətəndaşlara ümumi məbləği 100 min manat dəyərində olan ziyan dəyib. Qrupun 3 üzvü isə quldurluq hadisəsi törətməkdə təqsirli bilinir.

İlkin araşdırmalara görə cinayətkar dəstə 2015-ci ildə 5, 2016-ci ildə 6, 2017-ci ildə 3, 2018-ci ildə isə 4 cinayət hadisəsi törətməkdə təqsirli bilinir. Dəstə üzvlərindən bir nəfəri Şıxzada Şıxıyev 2017-ci ildə dünyasını dəyişib.Hazırda Qusar rayon PŞ tərəfindən saxlanılan 10 nəfərdən 7-si barəsində həbs qətimkan tədbiri seçilib,3 nəfər isə nəzarətə götürülüb. Dəstə üzvlərinin digər cinayət hadisələrində də iştirak etməsi araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
823 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...