Bakıda dəhşət - Arvadını bıçaqladı, kürəyində bıçaqla küçəyə atdı (FOTO 18+)

Bakıda dəhşət - Arvadını bıçaqladı, kürəyində bıçaqla küçəyə atdı

Ötən gün günorta saatlarında Bakı şəhərində qadın əri tərəfindən bıçaqlanıb. Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, 1997-ci il təvəllüdlü Aydan Hətəmova çoxsaylı bıçaq xəsarətləri alıb. Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Aydan Hətəmova dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağır olan qadın hazırda reanimasiyadadır.
Bakıda dəhşət - Arvadını bıçaqladı, kürəyində bıçaqla küçəyə atdı

"Hazırda Aydan Hətəmovanın vəziyyəti orta-ağırdır. Sabah xəstəni palataya yerləşdirəcəyik”, - deyə xəstəxanadan məlumat verilib. Məsələ ilə əlaqədar Nəsimi rayon Prokurorluğdan BAKU.WS-ə bildirdilər ki, həyat yoldaşını bıçaqlayan 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
Rəhman Cəfərov həyat yoldaşı Aydan Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...