Oğurladıqları evi yandıranlar tutuldu - FOTOLAR

Oğurladıqları evi yandıranlar tutuldu -

Neftçalada oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Neftçala rayon sakini Rəşad Səlimovun yaşadığı evdən 100 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Oğurladıqları evi yandıranlar tutuldu -

Həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev, Ramin Rütəmov və qardaşı Taleh saxlanılıblar. İstintaqın gedişi zamanı dəstə üzvlərinin iyul-sentyabr ayları ərzində rayon ərazisində daha 5 evdən oğurluq etdikləri məlum olub. Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədi ilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...