Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 2013-cü il Reyhanlı terrorunun təşkilatçısı tutuldu

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi:
Türkiyə kəşfiyyatı Suriya ərazisində xüsusi əməliyyat aparıb.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 2013-cü ildə Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktının təşkilatçısı, Türkiyə vətəndaşı Yusuf Nazik saxlanılıb.

Y.Nazik Suriyanın Latakiya şəhərində ələ keçərək Türkiyəyə gətirilib.

Yerli KİV-in yazdığına əsasən, o, terror aktını Suriya kəşfiyyatının dəstəyi ilə həyata keçirdiyini etiraf edib.

Xatırladaq ki, 53 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən Reyhanlı terroruna görə məsuliyyəti DHKP-C daşıyır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...