Penitensiar Xidmət əməkdaşları Bakıda məhbusun gizlətdiyi silahları aşkarladı FOTOLAR

Penitensiar Xidmət əməkdaşları Bakıda məhbusun gizlətdiyi silahları aşkarladı
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Xidmətdən Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin və 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu RPİ-nin 15- ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 221.3, 228.2.1, 66.2 və 67.1-ci maddələri ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Bodurov Vüqar Nizaməddin oğlunun həbs edilməmişdən əvvəl Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş 3-17 modelli, tək lüləli, 16 kalibrli tüfəng və nömrəsi oxunmayan tapança tipli silah aşkar edilərək götürülüb.

Fakt üzrə Bakı şəhəri Sabunçu RPİ-nin 15- ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Penitensiar Xidmət əməkdaşları Bakıda məhbusun gizlətdiyi silahları aşkarladı
Penitensiar Xidmət əməkdaşları Bakıda məhbusun gizlətdiyi silahları aşkarladı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...