Bakıda qeyri-insani hərəkət - Kişi qadının üstünə kerasin töküb yandırdı

Bakıda qeyri-insani hərəkət -

Bakıda güclü alkoqol qəbulu az qala faciəyə səbəb olacaqmış. Kişi qadını yandırıb, amma xoşbəxtlikdən zərif cinsin nümayəndəsi sağ qalıb.

Sputnik.az xəbər verir ki, Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, xoşagəlməz insident fevralın 21-də saat 19:40-da Nobel prospektindəki evlərdən birində baş verib.

Qabil adlı kişi 41 yaşlı Rübabə Nuriyevanın üstünə kerosin töküb və ona od vurub. Xoşbəxtlikdən qadının köməyinə yetişiblər və onu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasına çatdırıblar. Qadının başı, boynu və əlləri yanıb. Pasientin vəziyyəti kritik deyil.

Kişi cinayəti törədəndən sonra qaçıb gizlənib. Lakin fevralın 22-də Xətai rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıblar. Məlum olub ki, saxlanılan şəxs zərərçəkmişin dostu, tüfeyli həyat tərzi keçirən Bakı sakini, 33 yaşlı Tağıyev Qabil İsgəndər oğludur.

Cinayət baş verən zaman onların hər ikisi möhkəm sərxoş olub. Tağıyev törətdiyi cinayəti xatırlamır və onu boynuna almaq istəmir.

Faktla bağlı cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...