Azərbaycanda hal şahidi məhkəmə zalından qaçıb

Azərbaycanda hal şahidi məhkəmə zalından qaçıb

Azərbaycanda hal şahidi ona sual verilən zaman məhkəmə zalından qaçıb.
"Report"un xəbərinə görə, hadisə Binəqədi Rayon Məhkəməsində baş verib.
Cinayət Məcəlləsinin 234-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunan şəxsin cinayət işi üzrə məhkəməyə çağırılan hal şahidi ifadə verib. Daha sonra isə hal şahidi ona verilən suallara cavab vermək istəməyib. Bu zaman hal şahidi icazəsiz olaraq, məhkəmə zalını tərk edib. Hakim hal şahidinin geri qayıtmasını tələb etsə də, o, məhkəmə binasından qaçaraq uzaqlaşıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...