Prokuror Türkiyə vətəndaşını öldürmək istəyən şəxsə cəza istəyib

Prokuror Türkiyə vətəndaşını öldürmək istəyən şəxsə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Gundeminfo.az-ın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bül-Bül prospektində yerləşən restoranda azərbaycanlı dostu Elxan Əliyevə qonaqlıq verdikdən sonra onunla mübahisə edib.

Nəticədə E.Əliyev A.Mazlumu ürək nahiyəsindən bıçaqlayıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindğn saxlanılan E.Əliyevim barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, zərərçəkmiş mərc oyununda ("Topaz") xeyli miqdarda pul qazanıb. Buna görə də, dostuna restoranda qonaqlıq verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...