Bakıda quşçuluq fabrikindən 170 min manatlıq məhsul oğurlanıb

Bakıda quşçuluq fabrikindən 170 min manatlıq məhsul oğurlanıb

Bakıda quşçuluq fabrikindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb. Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...