Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşub, 5 nəfər yaralanıb

Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşub, 5 nəfər yaralanıb
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...