Lənkəranda avtomobil qadını vurub, sürücü qaçıb

Lənkəranda avtomobil qadını vurub, sürücü qaçıb


Lənkəranda avtomobil piyada qadını vurub. ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Şəhidlər Xiyabanı küçəsində baş verib. Naməlum avtomobil yolu keçmək istəyən piyada, "Raypo" kimi tanınan yaşayış massivində yaşayan 1962 -ci il təvəllüdlü Gəncəbanu Rzayevanı vurub.

Sürücü avtomobilə hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...