İnzibati xəta törədən maşınlar artıq bura gətiriləcək

İnzibati xəta törədən maşınlar artıq bura gətiriləcək

Nazirlər Kabineti bununla əlaqədar “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”yə dəyişiklik edib.

Trend-in məlumatına görə, əsasnamənin mövcud variantına əsasən, Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin (BNA) mühafizə olunan duracağına gətirilir.

Əsasnaməyə edilən yeni dəyişikliklə isə qeyd edilən nəqliyyat vasitələri BNA-nın ən yaxın mühafizə olunan duracağına gətiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...