Dəmir yolundan mis oğurlamaq istədilər, iş başında yaxalandılar

Dəmir yolundan mis oğurlamaq istədilər, iş başında yaxalandılar

Zabrat stansiyasının ərazisindən mis tərkibli naqillərin oğurlanmasının qarşısı polislər tərəfindən alınıb.
Gundeminfo.az yazır ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir işlərinin aparıldığı Zabrat stansiyasının ərazisindən 5 metr hündürlükdən gedən mis tərkibli naqillərin oğurlanmasının qarşısı alınıb.
Dəmir yolundan mis oğurlamaq istədilər, iş başında yaxalandılar

Belə ki, ərazidə olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları naqilləri kəsərək oğurlamağa cəhd göstərən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar Ələsgər Novruzov və Famil Qədirov saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman naqilləri kəsmək üçün istifadə etdikləri alətlərdə maddi sübut kimi aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
604 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...