Sürücünün boynuna tros keçirdilər

Sürücünün boynuna tros keçirdilər

Bakıda sürücüyə qarşı quldurluq edərək avtomobili qaçırmış şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, mayın 1-də saat 11 radələrində Ziya Bünyadov prospektində naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Şövkət Cəfərovun idarə etdiyi “KİA” markalı avtomobilə əyləşərək Albalılıq massivinə gedib, orada Cəfərovun boğazına dəmir tros ataraq boğmağa başlayıb. Daha sonra sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və avtomobili qaçırıb.

Saat 12:10 radələrində isə cinayətkar avtomobili Heydər Əliyev prospektində maneyə vuraraq hadisə yerindən uzaqlaşıb.

Bakı şəhər Baş Polis İdarəsi, Xəzər rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rüfət Əhliman oğlu Rəhimov tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1297 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...