56 yaşlı kişiyə 200 min manat "atan"ı məhkəmə zalında qandalladılar

56 yaşlı kişiyə 200 min manat "atan"ı məhkəmə zalında qandalladılar
Dələduzluqda təqsirləndirilən Elnur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Elnur Rzayev 7 il 4 müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və mıəhkəmə zalından həbs olunub. Qeyd edək ki, Bakı şəhər sakini 56 yaşlı Sənan Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək 1983-cü il təvəllüdlü E.Rzayev tərəfindən dələduzluqla üzləşdiyini bildirib.

S.Həsənov deyib ki, E.Rzayev onun 192 min manat pulunu alaraq qaytarmayıb. Daha sonar E.Rzayev saxlanılıb. Məlum olub ki, o, daha 2 nəfərə qarşı da dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...