“Rəşad Gəncinski”nin işi prokurorluğa göndərildi

“Rəşad Gəncinski”nin işi prokurorluğa göndərildi
Belarus İstintaq Komitəsi ötən ilin noyabrında Rusiyadan bu ölkənin ərazisinə keçən iki Azərbaycan vətəndaşına qarşı açılmış cinayət işini yekunlaşdırıb.

“Qafqazinfo”nun “Reformation” saytına istinadən verdiyi xəbərə görə, istintaq çərçivəsində saxlanılanlardan biri kriminal avtoritet “Rəşad Gəncinski”dir (Rəşad İsmayılov).
Cinayət işi prokurorluğa göndərilib.

Qeyd edək ki, “Gəncinski” “qanuni oğru” “Lotu Quli”nin yaxın adamlarından biridir. O, Ukraynada Azərbaycan “diasporasına” nəzarət edir.

Onun Minsk şəhərində kirayələdiyi evdə və avtomobildə “Makarov” və “TT” silahları, 14 ədəd güllə, 5,8 qram həşiş aşkarlanıb. Sözügedən şəxsin Rusiyaya məxsus saxta sənədlə sərhədi keçdiyi və Minskdə qumarxanalara baş çəkdiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...