İsmayıllıda toyuq hinində narkotik yetişdirən şəxs tutulub

İsmayıllıda toyuq hinində narkotik yetişdirən şəxs tutulub


İsmayıllıda toyuq hinində narkotik yetişdirən şəxs tutulub. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın yerli bürosuna verilən məlumata görə, mayın 27-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Quşencə kənd sakini, 28 yaşlı Turab Alıyev saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə və toyuq hininin içərisində xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 4 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...