Qadına hədə-qorxu gələrək 25 min manatını alan şəxslər "iş başında" yaxalanıblar

Qadına hədə-qorxu gələrək 25 min manatını alan şəxslər "iş başında" yaxalanıblar

Bakıda qadına hədə-qorxu gələrək 25 min manatını alan şəxslər "iş başında" yaxalanıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Reprot"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib 25.000 manat pul verməsini tələb etmələrini bildirib.

Müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıblar. Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...