Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən Quliyev məhkəmədən qaçdı

Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən Quliyev məhkəmədən qaçdı

Özünü icra hakimiyətinin əməkdaşı kimi tanıdaraq vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib. O, vətəndaşların yeni tikilən obyektlərinə rəsmi sənədlər hazırlayır, işə adam düzəldirmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, ev dustaqlığında olan Teyyub Quliyev məhkəməyə gəlməyib. O, zərərçəkmişlərin pulunu ödəmək bəhanəsi ilə məhkəmədən bir neçə dəfə vaxt istəyib. Amma vədinə əməl etməyərək məhkəmədən yayınıb.

Məhkəmə onun barəsində axtarış qərarı çıxarıb. Zərərçəkmiş Asif Gülüşov ifadəsində bildirib ki, Şirvanda qeyri-yaşayış sahəsi tikdirmək istəyib. Həmin obyektə lazım olan sənədləri hazırlamaq üçün Teyyub Quliyevə müraciət edib. Quliyev bu işləri görmək üçün ondan 15 min manat alıb, amma aldadıb.

Digər zərərçəkmiş Əsgər Əsgərov da eyni məqsədlə təqsirləndirilən şəxsə pul verib. İş üzrə daha bir neçə zərərçəkmiş də var. Qeyd edək ki, Teyyub Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığındadır.

Məlumata görə, o, özünü icra hakimiyyətinin adamı kimi təqdim edərək müxtəlif şəxslərlə rəsmi sənədlərin hazırlanması xidmətini göstərirmiş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...