Narkotik becərən şəxs polisə bıçaq çəkdi

Narkotik becərən şəxs polisə bıçaq çəkdi

Yevlax rayonu Bəydili kəndi ərazisində kultivasiya yolu ilə çətənə kolları yetişdirən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, mayın 30-da gecə saat 01:00 radələrində Əcəmi kənd sakini Cəmil Qurbanov çətənə kollarına qulluq göstərmək üçün qeyd edilən əraziyə yollanıb. O, saxlanılarkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.


Lakin sonda zərərsizləşdirilərək tutulub. Polis əməkdaşları tərəfindən həmin ərazidən C.Qurbanov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 92 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...