Bakıda satıcıdan rüşvət alan vergi müfəttişlərinə hökm oxundu

Bakıda satıcıdan rüşvət alan vergi müfəttişlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Vergilər Nazirliyinin rüşvət almaqda təqsirli bilinən keçmiş əməkdaşları Elçin Qaybalıyev və Ziyad Lətifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 2 il azadlıqdan məhrum edilib.

İttihama əsasən, Elçin Qaybalıyev və Ziyad Lətifov Bakıdakı “24 saat” marketdə həyata keçirdikləri vergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
553 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...