Rusiya ilə sərhəddə 63 borclu saxlanıldı

Rusiya ilə sərhəddə 63 borclu saxlanıldı

Azərbaycan-Rusiya sərhədində xeyli silah-sursat tapılıb, 63 borclu şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, iyunun 3-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında keçirilən birgə əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Dağıstanın sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 31 şəxs, o cümlədən, Rusiya tərəfindən axtarılan 16 nəfər tutulub, itkin düşmüş hesab olunan altı nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 63 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan səkkiz avtomat silahı, iki qumbaraatan, bir pulemyot, altı tapança, 100 tüfəng, 37 qumbara, 36 ədəd silah sandıqçası, 23 qumbara alışdırıcısı, 15 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 7716 ədəd müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 13 fakt aşkar olunub, ümumi çəkisi 5 tona yaxın 10753 ədəd çətənə kolu məhv edilib.

Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən beş müxtəlif cinayətin üstü açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...