Sumqayıtda ər arvadını bıçaqlayıb

Sumqayıtda ər arvadını bıçaqlayıb

Sumqayıtda 44 yaşlı qadın bıçaqlanıb.

"Report"un Sumqayıt- Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızı yaşadığı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...