Astarada çətənə bitkisi yetişdirən ər-arvad və qayın saxlanılıb

Astarada çətənə bitkisi yetişdirən ər-arvad və qayın saxlanılıb

Astara rayonunda çətənə bitkisi yetişdirən ər-arvad və qayın saxlanılıb.

Bu barədə "Report"un Cənub Mərkəzinə DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndində narkotik xassəli bitkilərin becərdilməsi faktı aşkar olunub.

Hadisə yerinin müayinəsi zamanı Pensər kənd sakini Xəyalət Zakirov və həyat yoldaşı T.Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində sonuncunun qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
85 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...