Gürcüstanda Ombudsmanı ölümlə hədələdilər

Gürcüstanda Ombudsmanı ölümlə hədələdilər

Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkili Nino Lomjaria ölümlə hədələnib.

GUNDEMİNFO.AZ-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, bu barədə Ombudsmanın rəsmi internet səhifəsində bəyanat yayılıb.

Bildirilib ki, N.Lomjarianın Tbilisidə keçirilən cinsi azlıqların mitinqindən sonra insanların sərbəst toplaşmaq azadlıqlarının olması ilə bağlı bəyanatla çıxış etməsi internetdə ona qarşı sui-qəsd çağırışlarının səslənməsinə səbəb olub.

Bəyanatda qeyd edilib ki, N.Lomjaria faktla bağlı araşdırmaların aparılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...